TOEFL

TOEFL

TOEFL nədir?
TOEFL (ingilis dilində Test of English as a Foreign Language – Xarici Dil Qismində İngilis dili
Testi deməkdir) imtahan verən şəxsin ingilis dilini akademik səviyyədə necə qavraya bildiyini
dəyərləndirən imtahandır. ABŞ  və digər ingilis dilli ölkələrdəki universitetlərdə təhsil almaq
üçün əvvəlcə TOEFL imtahanlarından keçmək tələb olunur.TOEFL imtahanının nəticələri 2 il
müddətində keçərlidir və bu müddət bitdikdən sonra imtahanın nəticələri rəsmi olaraq
etibarsız sayılırlar. 

TOEFL imtahanını kimlər verə bilər?

  • ali təhsil müəssisəsinə daxil olmağı planlaşdıran tələbələr
  •  ingilis dilini öyrənmə proqramına qəbul edilənlər
  • təqaüdçülər və müvafiq sertifikatlı namizədlər
  • ingilis dili biliyini daha da inkişaf etdirmək istəyənlər
  • viza almaq istəyən tələbə, yaxud işçilər

Course