
Fransız dili üzrə mütəxəssislər, müəllimlər, tələbələr və Azərbaycanda fransız dili üzrə imkanlarla tanış olmaq istəyənlər üçün
əvəzolunmaz seminar İlm-Learn Beynəlxalq Təhsil Mərkəzi və Azərbaycanda Fransız İnstitutunun əməkdaşlığı ilə birgə keçiriləcəkdir.
İlm-Learn BTM-nin Mirvari Park filialında keçiriləcək seminarda spiker, Azərbaycanda Fransız İnstitutunun direktor müavini Jonathan Ünlü, institutun Azərbaycanda və digər ölkələrdə 800-dən çox mərkəzlərinin fəaliyyətindən, Azərbaycan və Fransa arasında təhsil sahəsində əməkdaşlıqdan, fransız dili üzrə dərslər və imtahanlar kimi imkanlardan danışacaq.
Seminar Fransız və Azərbaycan dillərində keçiriləcək.
Tarix - 31 Avqust 2021
Saat - 18:00
Auditoriya - fransız dili üzrə mütəxəssis, tələbə, müəllim və Fransa təhsili ilə bağlı məlumat almaq istəyən hər kəs
Ünvan - Şəfayət Mehdiyev 129 Mirvari Park (salyanski kazarma ilə üzbəüz)
Yerlər məhdud olduğundan 30 Avqust 2021 tarixinə qədər qeydiyyatdan keçmək məsləhətlidir.
Seminarda iştirak etmək üçün - WHATSAPP qrupa qoşula bilərsiniz.