MÜƏLLİMLƏRİMİZ

BİZİM PEŞƏKAR MÜƏLLİMLƏRİMİZ

Aygün Rzayeva


Təlim Eksperti




Tarverdiyeva Könül

 

Təlim Eksperti

 

 


Ramil Süleymanov

Təlim Eksperti



Məmmədova Yeganə

 

Təlim Eksperti

 

 


Hümbətzadə Sara

 

Təlim Eksperti

 

 

Ofeliya Qafarova

 

Təlim Eksperti

 

 


Sevil Allahverdiyeva

 

Təlim Eksperti

 

 

Nargül Qurbanova

 

Təlim Eksperti

 

 


Sevinc Nəzərova

 

Təlim Eksperti

 

 



 

Aygün Rzayeva

 

 

Məktəbə Hazırlıq üzrə ustad təlimçi, İnklüziv təhsil, Kurikulum, Azərbaycan dili, Riyaziyyat, fənninin məzmunu və ehtiyat dərslik üzrə təlimçi.  Bunlarla yanaşı Aygün Rzayeva bir çox layihə və beynəlxalq kurslarda iştirak etmiş və diplom və sertifikatlarla təltif edilmişdir.


Sertifikasiyaya hazırlıq: Kurikulum təhsilin metodikasıdır

Bizim Kurikulum təlimləri digərlərindən nə ilə fərqlənir? 7 günlük təlim ərəfəsində kurulumun paketdə təqdim edilən mövzularını tam mənimsəyəcəyinizə 100% qaranti veririk. Sizə kurikulumu söz yığımı şəklində deyil anlaşıqlı və təcrübi cəhətdən izahlı  təqdim edirik ki, bu da daha asan mənimsəməyə  imkan yaradır.


Müəllimlərin bilik və bacarıqlarının inkişafı (İbtidai sinif müəllimləri üçün)

Müəllimlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi təlimi sizə nə verə bilər? Bizim 5 günlük təlim paketimizdən siz motivasiyanın  qurulma  metodu, qiymətləndirmənin yolları, fənn kurikulumu, yazı  növlərinin inkişaf etdirilməsi, disleksiya ,oxu və oxu texnikasının inkişaf etdirilməsi yolları ilə bağlı mövzuları mənimsəyəcəksiniz.


Şagirdlərdə oxu bacarıqlarının inkişaf etdirilməsi metodikası

Oxu təlimi paketi sizə nə verəcək? 5günlük təlim pakemiz  sayəsində siz hər gün oxu ilə bağlı dərslərinizi eyni şəkildə deyil fərqli formalarda qura bilərsiniz ki, bu da uşaqlar üçün rəngarənglik deməkdir. Oxunun bir çox növləri vardır ki müəllimlərimiz üçün bu hələ də qaranlıq qalıb və bu qaranlıq məqamları bizim təlimdə iştirak edərək işıqlandıra bilərsiniz. Daha fərqli və interaktiv müəllim olmaq istəyirsinizsə təlimlərimizdən faydalana bilərsiniz.


 

Məmmədova Yeganə

 

 

Praktik məktəb psixoloqu

13 ildən artıqdır məktəb psixoloqu işləyirəm

4 ildir Siyəzən rayon  PSİXOLOJİ TİBBİ PEDOQOJİ KOMİSSİYANIN sədri işləyirəm

Saglamlıq məhdudiyyətli uşaqlarla evdə fərdi təhsil

5 ildir təlimçi mentor kimi fəaliyyət göstərirəm

Təhsil Nazirliyinin xətti ilə beynəlxalq təlimlərdə iştirak etmişəm Sinqapur

Finlandiya təlimi Beynəlxalq  konfransda 2 gün  iştirak etmişəm

 

Praktik məktəb psixoloqu

 

Praktik məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması

·   Məktəbdə psixoloji xidmət anlayışı

·   Psixodiaqnostika prosesinin təşkili

·   Psixokorreksiya

·   Psixi proseslər. İdrak prosesləri, onların diaqnostika və korreksiyası

·   Uşaqlarda emosional sahənin psixodiaqnostikası, psixokorreksiyası və inkişafı

·   Uşaqların məktəbə psixoloji hazırlığı

·   Təlim motivləri

·   Davranış pozuntuları. Məktəb fobiyası

·   Narkomaniya və onun psixoloji səbəbləri

·   Psixoloji məsləhət və psixoterapiya

·   Art terapiya

·   Psixoprofilaktika. Müəllimlərə, şagirdlərə və valideynlərə psixoloji dəstək.             

·   Psixoprofilaktika. Müəllimlərə, şagirdlərə və valideynlərə psixoloji dəstək.


 

Ofeliya Qafarova

 

 

?Təlim Eksperti:  Beynəlxalq dərəcəli təlimçi

Web 2.0 Alətlərinin Təhsilə Tətbiqi

eTwinning plus Azerbaijan Ambassador

Microsoft Certified Educator

Microsoft Innovative Educator Expert 2020-2021

?Təlimin Məqsədi:

Web 2.0 alətlərini təhsilə tətbiqi təlimi, təhsil sahəsində fəaliyyət göstərən müəllimlərin peşəkar inkişafı üçün nəzərdə tutulub. Təlimin məqsədi web 2.0 alətlərinin imkanlarından istifadə edərək, yeni internet resurslarının müəllimlər tərəfindən yaradılması və təhsil sahəsində tətbiqini yollarını öyrətməkdir.

?Təlimin müddəti:

Təlim distant olaraq Google Classroom üzərindən aparılır. Təlim 5 Moduldan ( 36 saat ) ibarətdir . Hər bir Modulda web.2.0 alətinin istifadəsi, yeni resursun yaradılması və tətbiqi haqqında materialla təmin olunub. Modul materialları və tapşırıqları ilə tanış olan müəllim hər modulun sonunda yeni resurs hazırlamalıdır və onlayn təlimdə tapşırıqları təhvil verməlidir.Hər bir modulun sonunda tapşırıqlar Google Calendar vasitəsilə təyin olunmuş müəyyən təqvim gününə kimi təhvil alınır və modulda verilmiş kriteriyalara əsasən ballarla qiymətləndirilir.

❖ Modul 1- Poster, Sertifikat , İnfoqrafik hazırlamaq alətləri: Canva, Pixiz, Bighugelabs, Easelly

 ❖ Modul 2- İnteraktiv Təqdimat hazırlamaq alətləri:

Google Slides, Emaze, Genially, Prezi, Microsoft Sway

 ❖ Modul 3- Sorğu hazırlamaq və Elektron kitab hazırlamaq alətləri:

Google Forms, Menimeter, Calameo, İssuu

 ❖ Modul 4- Onlayn imtahan, Test hazırlamaq alətləri:

Kahoot, Quizziz

❖ Modul 5- Əməkdaşlıq alətləri:

Padlet, Google docs

2-ci təlim

"Şəxsi Veb Sayt Yaratmaq Təlimi"

Təlim 2 Moduldan ibarətdir Google Classroom üzərindən   idarə olunur. Təlimdə əsas  məqsəd heç bir proqramlaşdırma bacarığı olmadan istənilən internet istifadəçisi, şəxsi fəaliyyəti və ya biznes fəaliyyəti haqqında sayt yaratmaqdır.

Təlimdə iştirak etmiş və uğurlu sayt təhvil vermiş hər bir müdavim sertifikatla təmin olunur.


 

Nargül Qurbanova

 

 

 Qurbanova Nargül Kamandar qızı - 5 iyun 1980-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinə qəbul olub, 2001-ci ildə həmin Universiteti bitirmişdir. 2001-ci ildən Əsəd Ələsgərov adına 244 saylı tam orta məktəbdə riyaziyyat fənnini tədris edir. Dəfələrlə göstərdiyi nailiyyətlərə görə sertifikat və vəsiqələr almışdır. 2010-cu ildə Qafqaz Universitetinin magistratura və doktorantura şöbəsində “Diferensial tənlikər” ixtisasına qəbul olmuşdur və 2012-ci ildə həmin Universiteti bitirmişdir. 2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Riyaziyyat və Mexanika İnstitutnun doktorantura şöbəsində “Diferensial tənliklər” ixtisasına qəbul olmuşdur. ADPU-da  müəllim kimi də fəaliyyət göstərən Nargül xanım həm də təlimçi müəllim kimi də fəaliyyət göstərir. Riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi (AMEA) olan Nargül xanımın bir neçə tezis və məqalələri çapdan çıxmışdır. "Sərhəd şərtlərinə operator və spektral parametr daxil olan operator diferensial tənliklərin tədqiqi" mövzusundakı dissertasiya işinə aid elmi məqalələr və ədəbiyyatlar da yazmışdır.

Riyyaziyyat fənni məzmunu üzrə Respublikamınız müxtəlif  bölgələrində və Bakı şəhərində ixtisas artıma təlimlərinin, sertifikasiya və situasiya tapşırıqlarının tədrisi metodikası ilə bağlı təlimlərdə müvəffəqiyyətlə təlimçi işləmişdir.

 

Modul:  İxtisas sahəsi üzrə təlim

Proqramın adı: Şagirdlərin riyazi-məntiqi təfəkkürünü inkişaf etdirən strategiyalar.

Dinləyici kateqoriyası – Ümumi orta və tam orta təhsil səviyyəsində riyaziyyat  fənnini tədris edən müəllimlər

Həyata keçirilmə forması – əyani

Təlim saatlarının miqdarı – 36

Təklif edilən təhsil kreditinin sayı – 6

 

Riyaziyyat  fənninin tədrisinə  qoyulan  müasir tələblər.Fənnin məqsəd və vəzifələri.  Fənnin məzmunu. Məzmun standartı. Bilik və fəaliyyət komponentləri.

Şagirdlərdə riyazi duyumu, tənqidi və məntiqi təfəkkürü inkişaf etdirməyin forma və üsulları

Riyazi-məntiqi məsələnin həll alqoritmi

Məntiqi riyazi məsələnin tipləri

Məntiqi riyazi məsələnin formaları

Şagirdlərin məntiqi və tənqidi təfəkkürünü inkişaf etdirən tapşırıqların hazırlanması

Riyazi məntiq məsələlərinin tərtibinə qoyulan əsas  tələblər və tapşırıqların keyfiyyətlilik dərəcəsini müəyyənləşdirən meyarlar 

Riyazi məntiq məsələlərinin tərtib olunma mexanizmləri və təhlili

Artıq şərtli, kafi şərtli və əskik şərtli məsələlər və onların inkişaf etdirdikləri bacarıqların təhlili.

Təlimin ümumi refleksiyası.


 

Tarverdiyeva Könül

 

 

1.Məktəbəhazlıq qruplarında işin təşkili metodikası üzrə metodist- təlimçi-mütəxəssis.

2. İnklüziv suniflərdə işin təşkili üzrə təlimçi

3.Ehtiyat dərsliklərlə işin təşkili metodikası üzrə təlimçi.

4.Fənn kurukulumunun təşkili üzrə işin təşkili metodikası təlimi - təlimçi

5.Oxu bacarıqlarının inkişaf etdirilməsi təlimi-təlimçi

Hal hazlrda Könül xanım bu təlimlərdən 3-nü  təşkilatımızın xətti ilə həyata keçirir. Bu təlimləri sizə təqdim edirik.

 

Müəllimlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi təlimi

Dinləyici kateq. İbtidai sinif

Keçirilmə forması:distant

Saat :36

Kredit 6

Mövzular

Məzmun standartının xüsusiyyətri

Oxu strategiyaları

Yazı işinin təşkili

Qiymətləndirmə

Məktəbdaxili qiymətləndirmə

 

Fənn kurikulumunun tətbiqi üzrə işin təşkili metodikası

Fənn kurikulumunun strukturu.(6 saat)

Fənnin məzmunu ilə işin təşkili metodikası.(12 saat)

Təlim strategiyalarının müəyyənləşdirilməsi( 6 saast)

Şagird nailiyyətinin qiymətləndirilməsi (12 saat)

 

Şagirdlərdə oxu bacarıqlarının inkişaf etdirilməsi metodikası

Oxu təlimi paketi sizə nə verəcək? 5günlük təlim pakemiz  sayəsində siz hər gün oxu ilə bağlı dərslərinizi eyni şəkildə deyil fərqli formalarda qura bilərsiniz ki, bu da uşaqlar üçün rəngarənglik deməkdir. Oxunun bir çox növləri vardır ki müəllimlərimiz üçün bu hələ də qaranlıq qalıb və bu qaranlıq məqamları bizim təlimdə iştirak edərək işıqlandıra bilərsiniz. Daha fərqli və interaktiv müəllim olmaq istəyirsinizsə təlimlərimizdən faydalana bilərsiniz.


 

Hümbətzadə Sara

 

 

Təhsil:

Bakalavr:

Azərbaycan Dillər Universiteti Xarici dil (İngilis dili) müəllimliyi

Magistr: Fərqlənmə Diplomu

Azərbaycan Dillər Universiteti Filologiya – Dilşünaslıq (İngilis dili)

Əlavə təhsil (ixtisasartırma, təkmilləşdirmə və s. kurslarda iştirak) :

Azərbaycan Dillər Universiteti: Academic Reading and Writing

Bakı Amerika Mərkəzi İngilis dilinin Xarici Dil kimi Tədrisi (Seminar by Dr. Paola Trimarco, Course Leader – English School of Arts and Humanities University Campus Suffolk )

British Council, Azərbaycan Dillər Universiteti: CİSELT- Proficient Cascade Training

İdrak Liseyi: İKT

İdrak Liseyi: Elektron Lövhə

İdrak Liseyi: Kurrikulum

Arizona State University: TESOL: Teach English Now! Foundational Principles

Arizona State University: TESOL: Teach English Now! Theories of Second Language Acquisition

Dövlət İmtahan Mərkəzi: Müəllimlərin Peşəkar İnkişafı və Konsultasiyası

Cambridge English Assessment: Speaking at C1 and C2

Cambridge English Assessment: Listening at C1 and C2

Cambridge English Assessment: Webinar series of Teaching English

Pearson English The role of assessment in today’s digital learning journey

Pearson English : How to help learners chart their own course towards English proficiency

Pearson English: Getting to know.. Versant English Placement Test + remote monitoring

You Study International College: Preparing for PTE Academic

Queensland University of Technology: Teaching Phonics in Early Childhood

İş təcrübəsi:

Idrak Liseyi: IB departamenti sinif rəhbəri (2016-2017)

 

Xarici dildə söz ehtiyatının genişləndirilməsimetodikası

Modul 2:İxtisas sahələri üzrə təlim

Proqramın adı: Xarici dildə söz ehtiyatının genişləndirilməsi metodikası

Dinləyici kateqoriyası–İngilis dili müəllimləri

Həyata keçirilmə forması – distant

Təlim saatlarının miqdarı –36

Təklif edilən təhsil kreditinin sayı– 6

Proqramın əsas məqsədi ingilis dili müəllimlərinin leksikanın tədrisi ilə bağlı metodik bilik və bacarıqlarının artırılmasıdır. Buradan çıxış edərəktəlimin əsas vəzifələri aşağıdakı kimi müəyyənləşdirilir:

- Müəllimləri İngilis dili fənninin standartəsaslı tədrisi metodikası ilə tanış etmək;

- Leksikanınöyrənilməsininingilis dilinin tədrisində yerini və əhəmiyyətini müəyyənləşdirmək;

- Söz ehtiyatının genişləndirilməsinə xidmət edən səmərəli texnikalarla tanış etmək;

- Şagirdlərin ikidilli və izahlı lüğətlə işləmək bacarığının inkişaf etdirilməsi texnikaları ilə tanış etmək;

- Leksika üzrə tapşırıqların hazırlanması yolları ilə tanış etmək;

- Leksikanı mənimsəmə səviyyəsinin qiymətləndirilməsini öyrətmək.

Proqramın strukturu:

Giriş hissə: Təlim müddətində müəllimlərin bilik və bacarıqlarını müəyyən etmək məqsədi ilə kursun əhatə etdiyi mövzu ilə tanışlıq səviyyələri ölçülür, ilkin təhlil və qiymətləndirmə bacarıqları yoxlanılır.

Əsas hissədə İngilis dili fənni üzrə məzmun standartları şərh edilir, leksikanın öyrədilməsi ilə əlaqəli standartların bilik və fəaliyyət hissələri təhlil edilir, təhsilin müxtəlif səviyyələrində leksikanın öyrədilməsi texnikaları sınaqdan keçirilir və müzakirə edilir, qiymətləndirmə vasitələrinin hazırlanması texnikası göstərlir.

Yekun hissə: Söz ehtiyatının genişləndirilməsinə xidmət edən texnikaların yekun təhlili aparılır, müdavimlərin bilik və bacarıqlarının yeni səviyyəsi ölçülür, təlimin ümumi refleksiyası aparılır.

Proqramın əsas anlayışları:English as a second language, vocabulary, meaning of words, teaching techniques, communication, standards


 

Sevil Allahverdiyeva

 

 

Təhsil Nazirliyinin vahid proqramı əsasında təşkil olunmuş Sertifikasiyaya hazırlıq təlimi. 

Əsas mövzular: Pedaqoji, Psixoloji kompotensiyalar

Öyrənmə mühiti

Qiymətləndirmə

Hüquqi savadlılıq

Fənn kurikulumlarının məzmunu

 

Sertifikasiyada müəllimlərin bilikləri Təhsil Nazirliyinin təqdim etdiyi vahid proqram çərçivəsində  təqdim olunmuş mövzular üzrə qiymətləndiriləcək. Çərçivəyə daxil olan   bölmələrdən biri də nəzəriyyələrdir (Blum, L.Viqodski, J.PiajeH.Qardner,Biheyverizm).Əksər müəllimlər düşünürlər ki bu nəzəriyyələri niyə bilməliyik,niyə öz əksini tapıb bu qiymətləndirmə.çərçivəsində?

Öncə bunu vurğulamaq lazımdır ki bütün inkişaf eləmiş ölkələrdə bu nəzəriyyədən təhsil işçiləri,xüsusəndə müəllimlər məlumatlıdırlar. Öz təcrübələrində bunlardan heniş şəkildə istifadə edirlər. Bir növ inkişafın keçdiyi mərhələlərdən biridir.Bu nəzəriyyələr dünya təhsil sistemində istifadə olunan nəzəriyyələrin bir qismidir

 Təlim boyunca  bu nəzəriyyələr haqqında əsas detalları  nəzərinizə çatdıracıq.Tədris prosesini daha səmərəli daha effektiv etmək üçün həm də hər bir uşağın olduğu yaş mərhələsinə uyğun yanaşmamızı  və təlabatlarına uyğun bir tədris təşkil etməyinizə təkan verəcək.


 

Sevinc Nəzərova

 

 

Xəzər rayonu 181 saylı orta məktəbi əla qiymətlərlə bitirib. Bakı Dövlət Universitetinin "Fizika" fakultəsininin bakalavr pilləsini, sonra isə "Mikroelekronika" üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirib.2015-ci ildə Təhsil Nazirliyi tərəfindən keçirilən "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi olub. Müasir təhsil sistemində yeniliklərı uyğun metodik vasitələri öyrənilməsində daima axtarışda olan Sevinc müəllim, müxtəlif vaxtlarda Təhsil Nazirliyi, Abşeron rayon İcra Hakimiyyəti və təhsil şöbəsi tərəfindən müxtəlif fəxri fərmanlarla təltif olunub. Müəllimlərin və şagirdlərin rəğbətini qazanan Sevinc xanım, qabaqcıl fəaliyyətinə görə "təlimçi müəllim" kimi paytaxtda,xarici ölkələrdə və  regionlarda müxtəlif layihələr üzrə təlimlər keçir."STEAM" layihəsində baş mütəxəssis, eyni zamanda "Escape Room Təhsildə" layihəsinin yaradıcısıdır.2019-cu Odlar Yurdu milli múkafata layiq görülmüşdür O, həm də 2018-ci ildə çap edilən, "Görünməyən Tərəflər" kitabının müəllifi,"Hər kəsə sevinc bəxş edək" layihəsinin yaradıcısıdır.

 

 

İnnovasiyalar üzrə təlim 

Tədris prosesində interaktiv proqramlardan və internet xidmətlərindən istifadə əsaslanan təlim

 36 akademik saatdan və 6 kreditdən ibarətdir.

Proqramın məqsədi

Müəllimlərə İKT vasitələrindən məqsədyönlü istifadə bacarıqları aşılamaq, onları multimedia və interaktiv resurslar hazırlayan faydalı proqramlarla tanış etmək və müxtəlif alətlərdən istifadə edərək interaktiv dərslərin keçirilməsi üçün elektron resurslar hazırlanması üzrə bacarıqlar formalaşdırmaq.

Təlimdən gözlənən nəticələr 

İştirakçılar 

. İKT -dən istifadə bacarığına yiyələnirlər 

. Təhsildə internet xidmətlərinin əhəmiyyətini və rolunu bilirlər 

. Sadə multimedia və interaktiv resurslar hazırlayan proqramların imkanlarını öz fənni ilə əlaqələndirir və nümunələri şərh edirlər.

. Müxtəlif alətlərdən istifadə edərək fənni üzrə interaktiv resurslar -müxtəlif animasiya təqdimatlar, video çarxlar, onlayn testlər, tapşırıqlar və s hazırlayırlar.

 


 

Ramil Süleymanov

 

 

İKT-nin təhsildə tətbiqi Uğurlu Karyera və Düzgün peşə

seçimi üzrə Beynəlxalq təlimçi/ekspert, İSESCO-nun Təhsildə müasir

innovasiyalar üzrə təlimçisi, Relief İnternational Schools on line programının

Baş təlimçisi, Research and Development в The United Nations Economic and

Social Commission for Asia and the Pacific (ESCAP) – STEAM təlim kursu üzrə Təlimçi, (Micro:bit, Tinkercad, Ardunio və Elektrik mühəndisliyi)  üzrə Təlimçi/ekspert, Sosial servislərin tədrisdə tətbiqi  üzrə araşdırmaçı ekspert. 

Dünya Bankı Azərbaycan ofisin eksperti

NƏŞRLƏRİM:

•           Xüsusi qaygıya ehtiyacı olan uşaqların İKT savadlıgının artırılması ( valideyin,şagird və müəllim) vəsaitinin həmmüəllifi ( Təhsil Nazirliyi, Mədəd Azərbaycan və Nobel T MMC) -2013

•           Fənlər üzrə Elektron tədris vəsaitinin hazırlanması( Mədəd Azərbyacan və Təhsil Nazirliyi)-2013

•           Müəllimlər üçün Sosial servislər kitabı-2013

•           Gələcəyə Doğru-2017(MKYİB) Əmək və Əhalinin Dövlət Sosial  Müdfiə Fondunun maliyyə dəstəyi ilə

•           Təhlükəsiz İnternet və uşaqların İnternetdə təhlükəsizliyi – 2017 Enginet MMC

•           Bir Toxunuşla möcüzə yarat- Azərbaycan Respublikası Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə ( İnkluziv Təhsilin inkişafı layihəsi-2018)

•           Robotexnalogiyanın köməkliyi ilə şagird yaradıcılığının inkişaf etditilməasi (Azərbaycan Respublikası Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə-2018)

•           Kiçik yaşlı uşaqların elektron tədris resursları vasitəsi ilə məktəbəqədər təhsilində istifadə qaydaları( Sosial Dayaq İctimai Birliyi)- Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə


TƏLİM WEB 2.0 alətlərinin tədris prossesində rolu - 10 günlük təlim. Təlimdə iştirak edən müdavimlər Bir toxunuşla yeni dünya kəşf etməyin sirrini öyrənmiş olur. Əyləncəli və şagirdyönümlü yeni beynəlxalq təcrübə əsasında maraqlı dərs prossesininin sirrlərinə agah olur. Əgər Siz hamıdan fərqli 21 əsr müəllimi olmaq istəyirsinizsə bu imkanları əldən verməyin.