Azərbaycan Respublikası Təhsil Nazirliyi və "İLM-Learn Beynəlxalq Təhsil Mərkəzi Əlavə Təhsil Müəsisəsi" MMC arasında imzalanmış 27 noyabr 2020-ci il tarixli DT-01 №-li satınalma müqaviləsinə əsasən  “Şagirdlərin yaş xüsusiyyətlərini nəzərə almaqla onların psixoloji rifahının yaradılması istiqamətində müəllimlərin peşəkar potensialının artırılması üzrə ixtisasartırma təlimlərinə” dair  


HESABAT



"İLM-Learn Beynəlxalq Təhsil Mərkəzi Əlavə Təhsil Müəsisəsi" Təhsil Nazirliyinin keçirdiyi

“Şagirdlərin yaş xüsusiyyətlərini nəzərə almaqla onların psixoloji rifahının yaradılması istiqamətində müəllimlərin peşəkar potensialının artırılması üzrə ixtisasartırma təlimləri adlı”  açıq tenderdə qalib gəlmişdir.

Tender çərçivəsində  Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə "İLM-Learn Beynəlxalq Təhsil Mərkəzi Əlavə Təhsil Müəsisəsi" MMC arasında imzalanmış 27 noyabr 2020-ci il tarixli DT-01 №-li satınalma müqaviləsinə əsasən “Məktəbdə sağlam sosial emosional mühitin formalaşdırılması" və “Uşaq psixologiyasının əsasları" mövzusunda təlimlərin keçirilməsi həvalə olunmuşdur. Təlimlər 27 noyabr 2020-ci ildə başlanılmış və 22 dekabr 2020-ci il tarixində yekunlaşdırılmışdır.

Təlimdə ümumi və tam orta təhsil səviyyəsində tədris aparan 4500 nəfər fənn müəlliminin iştirak etməsi nəzərdə tutulmuşdur.

Uşaq psixologiyasının əsasları üzrə ixtisasartırma təlimi (distant). Bu təlimin məqsədi şagirdlərin yaş xüsusiyyətlərini, pandemiyanın yaratdığı narahatlıq və stresin əlamətləri nəzərə alınmaqla  onların  psixoloji rifahını yaratmaq üçün orta məktəb müəllimlərinin peşəkar potensialının aktuallaşdırılmasıdır. Təlimə ölkə üzrə 1500 nəfər  müəllim cəlb edildi. Təlimlər 24  akademik saat, hər gün 3 saat olmaqla 8 gün ərzində tədris edildi.

Məktəbdə sağlam sosial emosional  mühitin formalaşdırılması üzrə ixtisasartırma  təlimi (distant).

Təlimin əsas məqsədi müəllimləri bullinq davranışları ilə tanış etmək və onun qarşısını almaqda onlara dəstək olmaqdan ibarətdir. Təlimə ölkə üzrə 3000 nəfər  müəllim cəlb edilidi. Təlimlər 30  akademik saat, hər gün 3 akademik saat olmaqla 10 gün tədris edildi.


Təlimlər mərhələli şəkildə təşkil olumuşdur.

Birinci mərhələdə görülmüş işlər:

·   təlim keçəcək təlimçilərin seçilməsi;

·   müdavimlər üçün paylama materialının hazırlanması;

·   təlimçilərin hazırlanması məqsədilə təlim və seminarların onlayn keçirilməsi;

·   təlimlərin distant təşkil olunması üçün Microsoft Teams proqramında qrupların yaradılması

·   rayon təhsil şöbələri ilə əlaqələrin qurulması və keçiriləcək təlim haqqında ətraflı məlumatların verilməsi.


İkinci mərhələdə görülmüş işlər:

·   onlayn platformada təlimlərin keçirilməsi;

·   təlimlərin mütəmadi izlənilməsi.


Üçüncü mərhələdə görülmüş işlər:

·   təlimçilərdən keçirilmiş təlimlə bağlı hesabatların alınması;

·   yekun hesabatın hazırlanıb təqdim edilməsi.


Təlimlər keçirilərkən öncə diaqnostik qiymətləndirmə aparılmış, müəllimlərin mövzu üzrə nə dərəcədə məlumatlı olmaqları müəyyənləşdirilmişdir. Daha sonra təşkilat tərəfindən təqdim olunmuş materiallar, slaydlar və video təlimatlar əsasında təlimlər aparılmışdır. Təlimlərdə qazanılmış praktik bacarıqlar müdavimlər tərəfindən hazırlanmış resurslar onlayn qruplarda yerləşdirilmiş və digər müdavimlər də o resurslardan istifadə etmişdirlər.



Pandemiya şəraitinin olmasına baxmayaraq talim müdavimlər tərəfindən çox maraqla qarşılanmış və onlar iş fəaliyyətlərinin qurulmasında mövzunun praktik əhəmiyyətinin vacib olduğu vurğulamışdırlar. Peşəkarlıq səviyyəsinin artırılması naminə nəzərdə tutulmuş distant təlimləri təşkil etdiyi üçün təlimlərə könüllülük əsasında qoşulmuş müdavimlər tərəfindən İLM Learn Beynəlxalq Təhsil Mərkəzinə və  Təhsil Nazirliyinə minnətdarlıq bildirilmişdir.



Hörmətlə,


“İLM-Learn Beynəlxalq Təhsil Mərkəzi

Əlavə Təhsil Müəsisəsi” MMC -nin

direktoru                                                                                                                 Şahbazova Xuraman




https://etender.gov.az/competition/reference